Beyrutda Livanla Kipr arasında dəniz sərhədlərinin müəyyənləşdirilməsi barədə saziş imzalanıb.
NTV xəbər verir ki, bu sənəd gələcəkdə hər iki tərəfə dənizdə enerji mənbələrinin kəşfiyyatı və qazıntısına imkan yaradacaq.
Kipr Prezidenti sazişi tarixi əhəmiyyətli sənəd adlandırıb. Qeyd edib ki, Livanla dəniz sərhədlərinin müəyyənləşdirilməsi regionda enerji layihələri ilə maraqlanacaq investorlar üçün hüquqi bazanı təmin edir. Prezident əlavə edib ki, Livan və Kipr elektrik enerjisi bağlantısının iqtisadi əsaslandırılması üçün Dünya Bankından məsləhət istəyir.
