satellite   Azerspace-1: 11135 H 30000

Ankarada Türkiyə-Azərbaycan əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib - FOTOLAR

Ankarada Türkiyə-Azərbaycan əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib<font color=red> - FOTOLAR</font> Ankarada Türkiyə-Azərbaycan əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib<font color=red> - FOTOLAR</font> Ankarada Türkiyə-Azərbaycan əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib<font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Türkiyəyə səfər edərək, qardaş ölkənin xarici işlər naziri Hakan Fidan, Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıç və xarici işlər nazirinin müavini Berris Ekinci ilə görüşlər keçirib.

Ölkəmizin Ankaradakı səfirliyindən  NTV-yə verilən məlumata əsasən, görüşlərdə iki ölkə arasında qardaşlıq münasibətlərinə əsaslanan əlaqələrin tarixi, habelə gələcək inkişaf perspektivi nəzərdən keçirilib, regionumuzda və qlobal səviyyədə əməkdaşlığın bundan sonra da gücləndirilməsi məqsədilə bütün istiqamətlərdə qarşılıqlı fəaliyyətlərin artırılması məsələləri müzakirə edilib.

Tərəflər qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Bununla yanaşı, tərəflər Azərbaycanın hazırda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyinin gündəliyindən irəli gələn məsələləri, o cümlədən AQEM-in beynəlxalq təşkilata transformasiyası mövzusunda müzakirələr aparıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM