satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan XİN Honq-Konqdakı yanğınla bağlı Çinə başsağlığı verib

Azərbaycan XİN Honq-Konqdakı yanğınla bağlı Çinə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Honq-Konqun Tay Po bölgəsində yaşayış kompleksində baş verən yanğınla bağlı Çinə başsağlığı verib.

NTV xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında paylaşım edilib.

"Çoxlu sayda insanın ölümünə və yanıq xəsarətləri almalarına səbəb olan faciəvi yanğın bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə və yaxınlarına səmimi başsağlığımızı bildirir, xəsarət alanlara tezliklə şəfa diləyirik. Bu çətin dövrdə düşüncələrimiz Honq-Konq əhalisi ilədir",- məlumatda qeyd olunub.

Qeyd edək ki, yaşayış kompleksində baş verən yanğın səbəbindən 65 nəfər həyatını itirib, 3 nəfər isə saxlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM