satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov Kaya Kallas ilə görüşüb - FOTOLAR

Ceyhun Bayramov Kaya Kallas ilə görüşüb<font color=red> - FOTOLAR</font> Ceyhun Bayramov Kaya Kallas ilə görüşüb<font color=red> - FOTOLAR</font> Ceyhun Bayramov Kaya Kallas ilə görüşüb<font color=red> - FOTOLAR</font> Ceyhun Bayramov Kaya Kallas ilə görüşüb<font color=red> - FOTOLAR</font>

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Vyanada ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə görüşüb.

NTV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, tərəflər Azərbaycan–Aİ əməkdaşlığı gündəliyini nəzərdən keçirib, yüksək səviyyəli təmaslarda müşahidə olunan müsbət dinamikanı alqışlayıb və enerji təhlükəsizliyi, nəqliyyat və əlaqəlilik, ticarət və yaşıl keçid sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov qarşı tərəfi regional inkişaflar barədə məlumatlandırıb və Azərbaycanın Cənubi Qafqazda davamlı sülh və sabitliyi təşviq etmək istiqamətində səyləri barədə geniş məlumat verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM