satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq genişləndiriləcək - FOTOLAR

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq genişləndiriləcək<font color=red> - FOTOLAR</font> Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq genişləndiriləcək<font color=red> - FOTOLAR</font> Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq genişləndiriləcək<font color=red> - FOTOLAR</font>

“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimi çərçivəsində energetika naziri Pərviz Şahbazovla Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Nasser Əl-Qahtani arasında görüş keçirilib.

Energetika Nazirliyindən NTV-yə bildirilib ki, iki ölkə arasında güclü dostluq  tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib. “ACWA Power” şirkəti ilə həyata keçirilən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası qardaşlığın və tərəfdaşlığın rəmzi kimi dəyərləndirilib. Bu əməkdaşlığın digər perspektivli layihələrlə genişlənəcəyi qeyd edilib.

Söhbət zamanı Səudiyyə Ərəbistanı ilə “OPEC+” formatında, həmçinin karbohidrogen, bərpaolunan enerji, enerji səmərəliliyi və tənzimləməsi istiqamətlərində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Enerji sahəsində regional bağlantılar, Mərkəzi Asiya, Avropa və Yaxın Şərq arasında enerji interkonnektivliyin artırılması ilə bağlı planlar çərçivəsində əməkdaşlıq imkanları dəyərləndirilib.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM