satellite   Azerspace-1: 11135 H 30000

Zelenski: Əbu-Dabidə nə edəcəyimizi bilirik

Zelenski: Əbu-Dabidə nə edəcəyimizi bilirik

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Rusiya ilə üçtərəfli danışıqlar üçün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) olan Ukrayna nümayəndə heyəti ilə məsləhətləşmələr apardığını bildirib.

NTV Ukrayna KİV-inə istinadən xəbər verir ki, V.Zelenski bunu jurnalistlərlə söhbəti zamanı deyib.

"Nümayəndə heyətinin rəhbəri Rustem Umerov və bütün komanda ilə danışdım. Hamı nə edəcəyini bilir. Mövzuları və arzuolunan nəticəni müzakirə etdik. Həmçinin, formatların müxtəlif ola biləcəyini müzakirə etdik", - o bildirib.

Onun sözlərinə görə, nümayəndə heyəti dialoqun gedişatına bilavasitə reaksiya verəcək, çünki bu, uzun müddətdən sonra bu formatda ilk görüşdür.

V.Zelenski danışıqlar başa çatanadək Ukrayna nümayəndə heyəti ilə daimi əlaqədə qalacağını da vurğulayıb.

Xatırladaq ki, Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri bu gün Əbu-Dabiyə gediblər, burada Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli danışıqlar planlaşdırılıb. Müharibənin başlanğıcından bəri Ukrayna, Rusiya və ABŞ nümayəndələri hələ üçtərəfli formatda görüşməyiblər. Gözlənilir ki, danışıqlar bu axşam başlayacaq və sabah da davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM