satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və İsrailin XİN başçıları arasında geniştərkibli görüş keçirilib - YENİLƏNİB

Azərbaycan və İsrailin XİN başçıları arasında geniştərkibli görüş keçirilib<font color='red'> - YENİLƏNİB</font>

Azərbaycan və İsrailin xarici işlər nazirləri Ceyhun Bayramov və Gideon Saar arasında geniştərkibli görüş keçirilib.

NTV xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Qeyd edilib ki, tərəflər siyasi dialoq, enerji, ticarət, investisiyalar, təhsil, mədəniyyət, müdafiə və təhlükəsizlik daxil olmaqla bir çox sahələr üzrə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar. Həmçinin, əməkdaşlıq üçün yeni imkanların araşdırılmasında qarşılıqlı maraq vurğulanıb.

Nazirlər, həmçinin beynəlxalq və regional əhəmiyyət kəsb edən məsələlərə toxunublar.

XİN başçıları hər iki ölkələnin regionlarında və kənarda sülhə, inkişafa və rifaha töhfə verilməsinin vacibliyini qeyd ediblər.

Nazirlər Azərbaycan–İsrail tərəfdaşlığının daha da dərinləşdirilməsi əzmini ifadə ediblər.

11:59

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İsrailin xarici işlər naziri Gideon Saar arasında görüş başlayıb.

NTV xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM