satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və ABŞ minatəmizləmə sahəsində gələcək əməkdaşlığı müzakirə edib - FOTOLAR

Azərbaycan və ABŞ minatəmizləmə sahəsində gələcək əməkdaşlığı müzakirə edib<font color=red> - FOTOLAR</font> Azərbaycan və ABŞ minatəmizləmə sahəsində gələcək əməkdaşlığı müzakirə edib<font color=red> - FOTOLAR</font>

Azərbaycan və ABŞ humanitar minatəmizləmə sahəsində gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.

Bu barədə NTV-yə  Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon ilə görüşüb.

Görüşdə Azərbaycanın üzləşdiyi mina problemi və bu problemin aradan qaldırılması istiqamətində icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı barədə təqdimat edilib.

Həmçinin, ABŞ tərəfindən dəstək imkanları, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM