satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan XİN başçısı: İsrail Prezidentinin Astanaya səfərinə hazırlıq gedir

Qazaxıstan XİN başçısı: İsrail Prezidentinin Astanaya səfərinə hazırlıq gedir

Qazaxıstan və İsrail Prezident İsxak Hersoqun Astanaya səfərinin təşkili məsələsini müzakirə edir.

NTV-nin  məlumatına görə, bu barədə ölkənin xarici işlər naziri Yermek Koşerbayev Astanada İsrailin xarici işlər naziri Gideon Saarla danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, israilli nazirin səfəri tərəflərin Qazaxıstan-İsrail münasibətlərinin daha da möhkəmləndirilməsinə qarşılıqlı marağını təsdiqləyir.

Y.Koşerbayev qeyd edib ki, Qazaxıstan və İsraili davamlı ticari-iqtisadi əlaqələr, elm, təhsil, innovasiya və mədəni-humanitar sahələrdə fəal əməkdaşlıq birləşdirir.

"Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İsrail rəhbərliyi ilə iki dövlət arasında çoxşaxəli əməkdaşlığın inkişafına töhfə verən sistemli və məzmunlu siyasi dialoqa xüsusi önəm verir", - nazir deyib.

Y.Koşerbayev vurğulayıb ki, Gideon Saarla danışıqlar ənənəvi dostluq və qarşılıqlı etimad mühitində keçib. Görüş zamanı ikitərəfli ticarətin həcminin artırılması və investisiya əməkdaşlığının genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM