satellite   Azerspace-1: 11135 H 30000

İran XİN: ABŞ və İsraillə münaqişənin üçüncü mərhələsinə qədəm qoyuruq

İran XİN: ABŞ və İsraillə münaqişənin üçüncü mərhələsinə qədəm qoyuruq

İran ABŞ və İsraillə münaqişənin üçüncü mərhələsinə qədəm qoyur.

NTV xəbər verir ki, bu barədə TASS İran xarici işlər nazirinin müavini Kazım Qəribabadinin bəyanatına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ilk iki mərhələ 2025-ci ilin iyununda 12 günlük müharibə və Vaşinqtonun 2026-cı ilin yanvarında ölkədə təşkil etdiyi iğtişaşlar olub.

"Ümumilikdə hələlik üç mərhələ mövcuddur. Birinci mərhələ 12 günlük müharibə, ikincisi - müharibənin bitməsindən cəmi yeddi ay sonra baş verən iğtişaşlar olub. İndi biz üçüncü mərhələyə daxil oluruq", - deyə o bildirib.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM