satellite   Azerspace-1: 11135 H 30000

İran ABŞ ilə dialoqa hazırdır

İran ABŞ ilə dialoqa hazırdır

İranın BMT-dəki missiyası Tehranın ABŞ ilə dialoqa hazır olduğunu bildirib.

NTV xəbər verir ki, qurum bu barədə "X" hesabındakı paylaşımında məlumat yayıb.

"Keçən dəfə ABŞ Əfqanıstan və İraqda müharibələrə başlayanda 7 trilyon dollardan çox vəsait xərclədi və 7 mindən çox amerikalı həlak oldu. İran qarşılıqlı hörmət və maraqlar əsasında dialoqa hazırdır - lakin ona təzyiq göstərilərsə, özünü müdafiə edəcək və cavabı son dərəcə sərt və qətiyyətli olacaq!", - paylaşımda qeyd olunur.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İranı nüvə sazişini imzalamaqdan imtina edəcəyi təqdirdə yeni hücumla hədələyib. Bununla yanaşı, ABŞ Prezidenti ümid edir ki, Tehran İranın nüvə silahına sahib olmayacağı ədalətli və bərabərhüquqlu sövdələşməyə razılıq verəcək. Eyni zamanda o vurğulayıb ki, qərar qəbul etmək üçün vaxt bitmək üzrədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM