satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Suriya enerji sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Suriya enerji sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriyanın energetika nazirinin müavini Ömər Şakrukla əməkdaşlıq məsələlərini müzakirə edib.

NTV xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı diplomatik nümayəndəliyinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilir.

"Energetika nazirinin elektrik enerjisi məsələləri üzrə müavini Ömər Şakrukla məhsuldar görüş keçirdim. Görüş zamanı enerji sektorunda əməkdaşlığın gücləndirilməsi və ölkələrimiz arasında birgə layihələrin inkişafı yollarını müzakirə etdik", - diplomatik missiyanın məlumatında qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM