Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə ilə iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın prioritetlərini müzakirə edib.
NTV-nin məlumatına görə, bu barədə diplomat "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Bu gün Ukraynanın Azərbaycandakı səfirliyində Milli Məclisin üzvü Əlibala Məhərrəmzadə ilə səmərəli görüş keçirilib. Azərbaycan-Ukrayna parlamentlərarası əməkdaşlığının prioritetlərinə, Ukraynaya humanitar yardım və enerji dəstəyinə diqqət yetirdik. Həmrəyliyinə görə Azərbaycana təşəkkürümüzü bildiririk",- o qeyd edib.
