satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Aİ ilə Zəngəzur dəhlizinin Trans-Avropa nəqliyyat şəbəkələrinə əlavə olunmasını müzakirə edib - FOTOLAR

Azərbaycan Aİ ilə Zəngəzur dəhlizinin Trans-Avropa nəqliyyat şəbəkələrinə əlavə olunmasını müzakirə edib<font color=red> - FOTOLAR</font> Azərbaycan Aİ ilə Zəngəzur dəhlizinin Trans-Avropa nəqliyyat şəbəkələrinə əlavə olunmasını müzakirə edib<font color=red> - FOTOLAR</font> Azərbaycan Aİ ilə Zəngəzur dəhlizinin Trans-Avropa nəqliyyat şəbəkələrinə əlavə olunmasını müzakirə edib<font color=red> - FOTOLAR</font>

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında Zəngəzur dəhlizinin Trans-Avropa nəqliyyat şəbəkələrinə (TEN-T) əlavə olunması ətrafında fikir mübadiləsi aparılıb.

NTV xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Avropa Komissiyasının Qonşuluq və Genişlənmə danışıqları üzrə baş direktoru Gert Can Kupman ilə görüş keçirdik. Görüşdə Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafı və bu istiqamətdə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlanılması ilə bağlı məsələləri müzakirə etdik. Süni intellekt və kibertəhlükəsizlik sahəsində kadr potensialının gücləndirilməsi, Aİ şirkətlərinin ölkəmizdə fəaliyyəti barədə danışdıq. Eyni zamanda Azərbaycanın Aİ-nin "Horizon Europe" proqramı çərçivəsində layihələrdə iştirakı imkanlarını nəzərdən keçirdik", - deyə nazir qeyd edib.

R.Nəbiyev, tərəflərin həmçinin Orta Dəhlizin potensialının artırılması və rəqəmsallaşdırılması, eləcə də aviasiya, dəniz nəqliyyatı, süni intellekt və kibertəhlükəsizlik sahələrində Aİ ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardığını diqqətə çatdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM