satellite   Azerspace-1: 11135 H 30000

Zelenski Putini Kiyevə dəvət edib

Zelenski Putini Kiyevə dəvət edib

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə Moskvada görüşmək imkanını rədd edib.

NTV-nin məlumatına görə, bu barədə Ukrayna KİV-i Zelenskinin bəyanatına istinadən məlumat yayıb.

"Əlbəttə, mənim Vladimir Putinlə Moskvada görüşməyim mümkün deyil. Bu, Putinlə Kiyevdə görüşmək kimi bir şeydir. Mən də onu Kiyevə dəvət edə bilərəm, qoy gəlsin. Onu açıq şəkildə dəvət edirəm", - o bildirib.

V.Zelenski vurğulayıb ki, Ukrayna müharibənin real şəkildə başa çatması, həmçinin nəticəli ola biləcək görüş barədə konstruktiv şəkildə razılaşmaq istəyir: "Ukrayna müharibəni bitirmək zərurətinə ciddi yanaşır. Buna görə də liderlərin səviyyəsində görüşün istənilən real formatı münasibdir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM