satellite   Azerspace-1: 11135 H 30000

Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır

Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır

Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri iki xalq üçün yeni əməkdaşlıq və rifah imkanları açır.

NTV xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfəri ilə bağlı paylaşımında qeyd edib.

"Mənim üçün Azərbaycan Prezidenti İlham Əliyevi qəbul etmək və birlikdə Serbiya ilə Azərbaycan arasında hərtərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində çalışmaq böyük şərəf oldu. Bu səfər xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açan ortaq dəyərlərimizin və baxışlarımızın təsdiqidir. Əziz dostum, səfəriniz üçün təşəkkür edirəm! Tezliklə yenidən görüşmək ümidi ilə!", - deyə o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM