satellite   Azerspace-1: 11135 H 30000

İlham Əliyev Çin liderinə: Siyasi dialoqumuzun intensivliyi münasibətlərin möhkəmlənməsinə şərait yaradır

İlham Əliyev Çin liderinə: Siyasi dialoqumuzun intensivliyi münasibətlərin möhkəmlənməsinə şərait yaradır

Azərbaycan ilə Çin arasında möhkəm təməllər üzərində qurulmuş hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsi və yeni məzmun qazanması sevindiricidir.

NTV məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə Bahar bayramı münasibətilə təbrikində deyilir.

Dövlət başçısı qeyd edib ki, sübhəsiz ki, siyasi dialoqun intensivliyi və qarşılıqlı anlaşma bu münasibətlərin daha sürətli inkişafına və möhkəmlənməsinə şərait yaradır:

"Əminəm ki, Azərbaycan-Çin ənənəvi dostluq münasibətləri, səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlığımız daha da güclənəcəkdir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM