satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Ermənistan XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan və Ermənistan XİN başçıları arasında telefon danışığı olub

Martın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən NTV-yə verilən məlumata görə, telefon danışığı zamanı nazirlər regionda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər narahatlıqlarını ifadə edərək gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyini qeyd edib, sabitlik və təhlükəsizliyin təmin edilməsinin əhəmiyyətini vurğulayıblar.

Nazir Ceyhun Bayramov erməni həmkarını 5 mart tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən, mülki infrastruktura ziyan vurulması və mülki şəxslərin xəsarət alması ilə nəticələnən dron hücumları barədə məlumatlandırıb.

Nazirlər Ermənistan və Azərbaycan arasında dayanıqlı sülhün təmin edilməsinin vacibliyini qeyd edib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM