satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələrini yüksək qiymətləndirib - FOTOLAR

Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələrini yüksək qiymətləndirib<font color=red> - FOTOLAR</font> Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələrini yüksək qiymətləndirib<font color=red> - FOTOLAR</font> Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələrini yüksək qiymətləndirib<font color=red> - FOTOLAR</font>

2026-cı il aprelin 7-də ölkəmizdə səfərdə olan Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.

Bu barədə NTV-yə  Ali Məhkəmədən məlumat verilib.

Görüşdə Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinə toxunaraq, iki ölkənin əlaqələrinin bütün sahələr üzrə uğurla inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, məhkəmə-hüquq sahəsində də əməkdaşlıq qarşılıqlı səfərlər və təcrübə mübadiləsi çərçivəsində daha da möhkəmlənir.

Görüş zamanı ölkəmizdə məhkəmə sisteminin müasir tələblərə uyğun qurulması, elektron xidmətlərin genişləndirilməsi, hakimlərin peşəkarlıq səviyyəsinin artırılması, eləcə də cəza siyasətinin humanistləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

Nümayəndə heyətinin rəhbəri Muhsin Şentürk ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, bu münasibətlərin inkişafına xüsusi önəm verildiyini qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM