Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa arasında telefon danışığı aparılıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NTV-yə verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərinin aktual məsələləri, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq müzakirə olunub.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
