Azərbaycanın Ukraynadakı Səfirliyinin Konsulluq şöbəsi tərəfindən Ukraynanın Vinnitsa şəhərində səyyar konsulluq qəbulu keçirilir.
NTV xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev "X" hesabında məlumat yayıb.
O qeyd edib ki, qəbul bu gün Vinnitsa şəhərində Vinnitsa vilayəti və ətraf bölgələrdə daimi və ya müvəqqəti yaşayan Azərbaycan vətəndaşları üçün keçirilir.
