satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan-Latviya hökumətlərarası komissiyasının üzvləri Fəxri və Şəhidlər xiyabanlarını, Zəfər parkını ziyarət ediblər - FOTOLAR

Azərbaycan-Latviya hökumətlərarası komissiyasının üzvləri Fəxri və Şəhidlər xiyabanlarını, Zəfər parkını ziyarət ediblər<font color=red> - FOTOLAR</font> Azərbaycan-Latviya hökumətlərarası komissiyasının üzvləri Fəxri və Şəhidlər xiyabanlarını, Zəfər parkını ziyarət ediblər<font color=red> - FOTOLAR</font> Azərbaycan-Latviya hökumətlərarası komissiyasının üzvləri Fəxri və Şəhidlər xiyabanlarını, Zəfər parkını ziyarət ediblər<font color=red> - FOTOLAR</font> Azərbaycan-Latviya hökumətlərarası komissiyasının üzvləri Fəxri və Şəhidlər xiyabanlarını, Zəfər parkını ziyarət ediblər<font color=red> - FOTOLAR</font> Azərbaycan-Latviya hökumətlərarası komissiyasının üzvləri Fəxri və Şəhidlər xiyabanlarını, Zəfər parkını ziyarət ediblər<font color=red> - FOTOLAR</font> Azərbaycan-Latviya hökumətlərarası komissiyasının üzvləri Fəxri və Şəhidlər xiyabanlarını, Zəfər parkını ziyarət ediblər<font color=red> - FOTOLAR</font>

Azərbaycanla Latviya arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Latviya Respublikasının kənd təsərrüfatı naziri Armands Krauzenin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən NTV-yə  bildirilib ki, nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə güllər düzüblər.

Səfər çərçivəsində nümayəndə heyətləri Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə gül dəstələri qoyublar. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Ziyarətlər zamanı nümayəndə heyətini Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi və digər rəsmi şəxslər müşayiət ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM