satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanla ABŞ arasında enerji sektorunda əməkdaşlıq üçün geniş perspektivlər var - FOTOLAR

Azərbaycanla ABŞ arasında enerji sektorunda əməkdaşlıq üçün geniş perspektivlər var<font color=red> - FOTOLAR</font> Azərbaycanla ABŞ arasında enerji sektorunda əməkdaşlıq üçün geniş perspektivlər var<font color=red> - FOTOLAR</font> Azərbaycanla ABŞ arasında enerji sektorunda əməkdaşlıq üçün geniş perspektivlər var<font color=red> - FOTOLAR</font>

SOCAR-ın prezidenti Rövşən Nəcəf ABŞ Dövlət Departamentinin baş müşaviri Rebeka Nef və ABŞ-nin Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri Sara Leminq ilə görüşüb.

 

NTV xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında enerji sahəsində uzun illər ərzində davam edən uğurlu əməkdaşlıq məmnunluqla qeyd olunub. Cari ilin fevralında “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının ikitərəfli münasibətlərin inkişafı baxımından tarixi əhəmiyyət daşıdığı bildirilib. Bu xüsusda, ölkələrimiz arasında enerji sektorunda əməkdaşlıq üçün geniş perspektivlərin olduğu diqqətə çatdırılıb.

 

Söhbət zamanı SOCAR ilə ABŞ şirkətləri arasında enerji sektorunun müxtəlif istiqamətləri üzrə uğurlu əlaqələrin olduğu vurğulanıb.

 

Görüşdə TRIPP layihəsinin və Orta Dəhliz üzrə mövcud enerji marşrutlarının regional əməkdaşlıq baxımından önəmi diqqətə çatdırılıb, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM