satellite   Azerspace-1: 11135 H 30000

Milli Məclisin sədri İstanbulda Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb

Milli Məclisin sədri İstanbulda Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) İstanbulda keçirilən 152-ci Assambleyası çərçivəsində Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.

NTV xəbər verir ki, görüş zamanı iki qardaş ölkə arasında əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə edilib. Eyni zamanda, parlamentlərin də bu əməkdaşlığa verdiyi töhfə xüsusi vurğulanıb.

Söhbətdə parlamentlər arasında həm ikitərəfli qaydada, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətinə toxunulub. Tərəflər parlament təşkilatları çərçivəsində həmrəylikdən və qarşılıqlı dəstəkdən məmnunluqlarını ifadə ediblər. Bu çərçivədə PAİ-nin mühüm platforma olduğu diqqətə çatdırılıb, eyni zamanda, qeyd edilib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi də iki ölkə parlamentinin əməkdaşlığı üçün mühüm önəm daşıyır.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM