satellite   Azerspace-1: 11135 H 30000

Hikmət Hacıyev: Qlobal logistika zəncirlərinin pozulması Orta Dəhlizin əhəmiyyətini bir daha göstərdi

Hikmət Hacıyev: Qlobal logistika zəncirlərinin pozulması Orta Dəhlizin əhəmiyyətini bir daha göstərdi

Qlobal logistika və təchizat zəncirlərinin pozulması Orta Dəhlizin əhəmiyyətini bir daha göstərdi. Biz eyni zamanda “dörd dəniz” konsepsiyasını nəzərdən keçiririk. Xəzər, Qara, Aralıq və Adriatik dənizlərini birləşdirən geniş əlaqə şəbəkəsi qururuq. Bununla paralel olaraq, regionlararası əməkdaşlıq və tərəfdaşlıqları da inkişaf etdiririk. Bu çərçivədə Ermənistanı da tranzit ölkə kimi nəzərdən keçirərək inklüziv yanaşma tətbiq edirik.

NTV xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADF2026 çərçivəsində keçirilən “Cənubi Qafqaz: Strateji mərkəz olmaq yolunda” mövzusunda panel sessiyada səsləndirib.

Qeyd olunub ki, bu layihələrin bəzi hissələri artıq demək olar ki, tamamlanıb: “2026-cı ilin sonuna qədər Azərbaycanın öz seqmenti üzrə işləri yekunlaşdırmağı planlaşdırırıq. Naxçıvan istiqamətində isə Avropa tərəfdaşları, ABŞ və Ermənistanla əməkdaşlıq davam edir. Cənubi Qafqaz regionu getdikcə qlobal təchizat zəncirlərində və enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM