satellite   Azerspace-1: 11135 H 30000

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi: İqlim maliyyələşdirilməsinə daha çox iştirakçı və töhfəçi cəlb etməliyik

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi: İqlim maliyyələşdirilməsinə daha çox iştirakçı və töhfəçi cəlb etməliyik

Özəl sektorun marağını yenidən iqlim maliyyələşdirilməsinə yönəltmək vacibdir. Çünki gələcəkdə əsas maliyyə mənbələrindən biri məhz özəl sektor olacaq. Bu, həm qrant mexanizmləri ilə tamamlanacaq, həm də təxminən 1,3 trilyon dollarlıq razılaşma çərçivəsində öz əksini tapacaq.

NTV xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev V Antalya Diplomatiya Forumu çərçivəsində “COP31-ə doğru: Geosiyasi çağırışların yaşandığı bir dövrdə iqlim fəaliyyətinin gücləndirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışı zamanl səsləndirib.

O, özəl sektorun gözləmə mövqeyində olduğunu, onların çoxtərəfli inkişaf banklarının, böyük və zəngin ölkələrin hansı istiqamətdə addım atacağını izlədiklərini bildirib: “Buna görə də iqlim maliyyələşdirilməsinə daha çox iştirakçı və töhfəçi cəlb etmək istiqamətində səylərimizi davam etdirməliyik”. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM