satellite   Azerspace-1: 11135 H 30000

İrakli Kobaxidze: Gürcüstan Türkiyə ilə bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyir - FOTOLAR

İrakli Kobaxidze: Gürcüstan Türkiyə ilə bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyir<font color=red> - FOTOLAR</font> İrakli Kobaxidze: Gürcüstan Türkiyə ilə bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyir<font color=red> - FOTOLAR</font>

Gürcüstan Türkiyə ilə tərəfdaşlığını yüksək qiymətləndirir və bu ölkə ilə münasibətləri daha da dərinləşdirmək istəyir.

NTV xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyəyə səfərinin nəticələri ilə bağlı söyləyib.

O bildirib ki, Türkiyəyə səfəri zamanı Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşdə ticarət-iqtisadi əməkdaşlığın müsbət dinamikasına və birgə regional layihələrin roluna da diqqət yetirilib.

Xüsusilə, həm regionu və Avropanı birləşdirmək, həm də Avropanın enerji təhlükəsizliyini gücləndirmək baxımından Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz Dəhlizi nəqliyyat dəhlizlərinin əhəmiyyəti vurğulanıb.

Tərəflər həmçinin Orta Dəhlizin potensialını və onun inkişafı ilə bağlı gələcək əməkdaşlığı müzakirə ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM