satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov özbəkistanlı həmkarı Bəxtiyor Saidovla görüşüb.

NTV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

 

"Görüş zamanı iki qardaş ölkə arasında ikitərəfli və çoxtərəfli platformalarda müttəfiqlik münasibətləri, Yaxın Şərqdəki mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub", məlumatda bildirilib.

 

Qeyd olunub ki, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM