satellite   Azerspace-1: 11135 H 30000

Çin XİN: Pekin İran və ABŞ arasında barışığa töhfə vermək niyyətindədir

Çin XİN: Pekin İran və ABŞ arasında barışığa töhfə vermək niyyətindədir

Pekin İran-ABŞ münaqişəsinin qarşısının alınmasında və müharibə edən tərəflər arasında barışığın təşviq edilməsində konstruktiv rol oynayacaq.

NTV xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Qo Tszyakun bu barədə jurnalistlər üçün təşkil olunan brifinqdə deyib. “Pekin münaqişə tərəfləri arasında əldə olunan atəşkəs rejiminin impulsunu qorumağa və danışıqları irəli aparmağa yönələn səyləri dəstəkləyir. Çin gərginliyin azaldılmasında və Yaxın Şərqdə davamlı sülh və sabitliyə nail olmaqda konstruktiv rolunu davam edəcək”, - deyə Qo Tszyakun bildirib.

XİN nümayəndəsinin sözlərinə görə, hazırda Yaxın Şərqdəki vəziyyət “müharibə ilə sülh arası mərhələdədir” və barışıq üçün “fürsət pəncərəsi” artıq açıldığı üçün müharibənin tez bir zamanda bitməsinə əlverişli şərait yaradılmalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM