satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov BMT rəsmisi ilə Azərbaycanın beynəlxalq rolunu müzakirə edib

Ceyhun Bayramov BMT rəsmisi ilə Azərbaycanın beynəlxalq rolunu müzakirə edib

Xarici işlər naziri Ceyhun Bayramov UNESCAP-ın 82-ci sessiyası çərçivəsində BMT Baş katibinin müavini və Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın İcraçı katibi Armida Salsiah Alisjahbana ilə görüşüb.

NTV xəbər verir ki, bu barədə XİN-in "X" sosial media hesabında məlumat yayılıb.

Qeyd olunub ki, görüşdə Azərbaycan ilə UNESCAP arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.

Azərbaycanın regional və beynəlxalq platformalarda artan rolu vurğulanıb.

Enerji, nəqliyyat, rəqəmsallaşma, ticarətin asanlaşdırılması, yaşıl inkişaf və insan kapitalının inkişafı sahələrində birgə təşəbbüslər üçün imkanlar nəzərdən keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM