satellite   Azerspace-1: 11135 H 30000

Prezidentin köməkçisi: WUF13 beynəlxalq təcrübə mübadiləsi və qlobal dialoq üçün mühüm platforma olacaq

Prezidentin köməkçisi: WUF13 beynəlxalq təcrübə mübadiləsi və qlobal dialoq üçün mühüm platforma olacaq

Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) beynəlxalq təcrübə mübadiləsi və şəhərsalma sahəsində qlobal dialoq üçün mühüm platforma olacaq.

NTV xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun üzvləri ilə Qarabağ Universitetində keçirilən görüşdə deyib.

Hikmət Hacıyev qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda post-münaqişə dövründə aparılan yenidənqurma işləri, şəhərsalma və infrastruktur quruculuğu bərpa təcrübəsi baxımından beynəlxalq tərəfdaşlarla bölüşülə biləcək nadir model yaradır.

Prezidentin köməkçisi üzv dövlətləri və BMT strukturlarını forumda fəal iştirak etməyə çağırıb və bildirib ki, bu platforma gələcəyin şəhərlərinin planlaşdırılması üçün yeni ideyaların formalaşmasına imkan yaradacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM