satellite   Azerspace-1: 11135 H 30000

Monqolustanın Baş prokuroruna Azərbaycanın parlamentarizm tarixi barədə məlumat verilib - FOTOLAR

Monqolustanın Baş prokuroruna Azərbaycanın parlamentarizm tarixi barədə məlumat verilib<font color=red> - FOTOLAR</font> Monqolustanın Baş prokuroruna Azərbaycanın parlamentarizm tarixi barədə məlumat verilib<font color=red> - FOTOLAR</font>

Mayın 6-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Monqolustanın Baş prokuroru Jarqalsayxan Banzraqçın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə  NTV-yə Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Milli Məclisin sədri bu səfərin Azərbaycan və Monqolustan prokurorluq orqanları arasındakı əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə inamını ifadə edib.

Sahibə Qafarova 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından keçən illər ərzində münasibətlərimizin dostluq, qarşılıqlı dəstək və hörmət əsasında inkişaf etdiyini diqqətə çatdırıb.

İkitərəfli əlaqələrin güclənməsində ali və yüksəksəviyyəli qarşılıqlı səfərlərin müstəsna rolundan danışan Sahibə Qafarova Prezident İlham Əliyevin 2024-cü ilin noyabrında Monqolustan Prezidenti Uxnaaqinya Xurelsux ilə görüşünün əhəmiyyətini qeyd edib. Bildirib ki, ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq edir.

S.Qafarova qonağa Milli Məclisin Azərbaycanın Baş Prokurorluğu ilə qarşılıqlı əməkdaşlığı, ölkəmizdə parlamentarizm tarixi, beynəlxalq və yerli fəaliyyəti barədə məlumat verib.

Söhbət zamanı Milli Məclisin sədri Monqolustan parlamenti ilə qarşılıqlı faydalı əməkdaşlıq, bu ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti barədə də fikirlərini bölüşüb.

Monqolustanın Baş prokuroru isə iki ölkənin prokurorluq orqanları arasında əlaqələrin inkişafından söz açaraq, Azərbaycan Baş Prokurorluğu ilə əməkdaşlığın perspektivlərindən danışıb. Qeyd edib ki, bu gün iki ölkənin Baş prokurorluqları arasında imzalanmış Anlaşma Memorandumu hər iki ölkənin vətəndaşlarının hüquqlarının qorunmasına və cinayətkarlığın qarşısının alınmasına öz töhfəsini verəcək. Qonaq Monqolustanda Baş Prokurorluqla parlament arasında əməkdaşlıq, ölkə prokurorluğunun fəaliyyəti və prokurorluq orqanlarının inkişaf perspektivləri barədə məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM