satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev: Ulu Öndər Azərbaycan-Misir əlaqələrinin inkişafında böyük xidmətlər göstərib

Prezident İlham Əliyev: Ulu Öndər Azərbaycan-Misir əlaqələrinin inkişafında böyük xidmətlər göstərib

Ulu Öndər Azərbaycanın dövlət quruculuğunda müstəsna rol oynamış bir şəxsiyyətdir və eyni zamanda, Azərbaycan-Misir əlaqələrinin inkişafında böyük xidmətlər göstərib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Prezident İlham Əliyev Misir parlamentinin Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebalini qəbul edərkən deyib.

Dövlətimizin başçısı misirli qonağa Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakına görə təşəkkürünü bildirib.

Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfərini məmnunluqla xatırladan Prezident İlham Əliyev qeyd edib ki, ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticari əlaqələrin inkişafı, enerji, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə əməkdaşlıq məsələlərinin müzakirə olunduğu bu səfər əlaqələrimizin inkişafına ciddi təkan verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM