satellite   Azerspace-1: 11135 H 30000

Rəsmi Kiyev sülh danışıqlarında fasiləni şərh edib

Rəsmi Kiyev sülh danışıqlarında fasiləni şərh edib

Yaxın Şərqdəki müharibə səbəbindən sülh danışıqlarının siyasi-hərbi hissəsi dayandırılıb, humanitar istiqamət isə davam edir.

NTV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti aparatının müşaviri Mixaylo Podolyak telekanala müsahibəsində bildirib.

“Danışıqların siyasi-hərbi hissəsi dayandırılıb, humanitar hissə isə davam edir. Prezident Volodimir Zelenski və Prezident aparatının rəhbəri Kirill Budanov əsir mübadiləsinin davam etdirilməsinin mümkünlüyünü elan ediblər və müvafiq olaraq, işin bu hissəsi davam edir”, - deyə Podolyak qeyd edib.

Onun sözlərinə görə, Yaxın Şərqdəki münaqişə davam etdiyi müddətcə Ukraynadakı müharibə ilə bağlı danışıqlar dayandırılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM