satellite   Azerspace-1: 11135 H 30000

Tərtərdə meşə zolağında yanğın olub

Tərtərdə meşə zolağında yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tərtər rayonunun Gülabadlı kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Naxçıvan televiziyası xəbər verir ki, nazirlikdən verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tərtər rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində meşə zolağında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 0.8 ha sahədə quru ot və kol-kos yanıb. Meşə zolağı yanğından mühafizə olunub

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM