“Comex” birjasında cari ilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti 2025-ci il sentyabrın 2-dən bəri ilk dəfə troya unsiyası üçün 3550 dollardan aşağı düşüb.
NTV xəbər verir ki, ticarət məlumatlarına görə, Bakı vaxtı ilə saat 06:07-də qızılın qiyməti 5,28 faiz ucuzlaşaraq 3544,4 dollar olub. Saat 06:12-də isə ucuzlaşma 5,44 faizə çatıb və qiymətli metalın bir troya unsiyasının qiyməti 3538,3 dollar təşkil edib.
