Dövlət Gömrük Komitəsinin (DGK) əməliyyat struktur bölmələri tərəfindən həyata keçirilmiş kompleks tədbirlər nəticəsində külli miqdarda pirotexniki vasitələr aşkar edilib.
DGK-dan NTV-yə bildirilib ki, gömrük əməkdaşlarının Göygöl rayonu ərazisindəki keçirdikləri tədbirlər nəticəsində 28 adda ümumilikdə 23 min 353 ədəd müxtəlif növ pirotexniki vasitələr aşkar edərək qanunsuz dövriyyədən çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
