satellite   Azerspace-1: 11135 H 30000

Hindistanda siklon təhlükəsi: 80 mindən çox insan təxliyə edilib

Hindistanda siklon təhlükəsi: 80 mindən çox insan təxliyə edilib

Hindistanın şərqində tropik siklon təhlükəsi ilə əlaqədar 80 mindən çox insan təhlükəsiz ərazilərə köçürülüb.

NTV xəbər verir ki, bu barədə “The Hindu” qəzeti məlumat yayıb. Bildirilib ki, “Aquan” tropik fırtınasının sahilə çatacağı gözlənilir. Ştat hakimiyyəti ümumilikdə 200 minə yaxın insanın təxliyəsini planlaşdırır. Bölgədə xilasetmə qrupları səfərbər edilib, altı rayonda məktəblərin fəaliyyəti noyabrın 21-dək dayandırılıb.

Hindistan Meteorologiya Departamentinin məlumatına görə, fırtına zamanı küləyin sürəti saatda 110 kilometrə çata bilər. Bir sıra ərazilərdə güclü yağış gözlənilir. Qonşu Andhra Pradeş ştatında da yüksək hazırlıq vəziyyəti elan edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM