satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Avropa İttifaqı nümayəndələrini Moskvaya dəvət edib

Rusiya Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Avropa İttifaqı nümayəndələrini Moskvaya dəvət edib

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva diplomatik kanallar vasitəsilə Avropa İttifaqının (Aİ) Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı mövqeyini öyrənmək məqsədilə Aİ nümayəndələrinİ Rusiya paytaxtına gəlməyi təklif edib.

NTV xəbər verir ki, bunu V.Putin Şençjendə keçirilən mətbuat konfransında deyib.

«Avropanın bu danışıqlara hansı təkliflərlə gələcəyini anlamalıyıq», – deyə V.Putin Rusiya, ABŞ və Ukrayna arasında aparılacaq danışıqları nəzərdə tutaraq qeyd edib. Onun sözlərinə görə, məhz bundan sonra Moskva Ukrayna ilə bağlı dialoqu hansı formatda davam etdirəcəyinə qərar verəcək.

V.Putin, həmçinin Rusiyanın Avropaya mümkün hücumu ilə bağlı ehtimalları rədd edib və Moskvanın Avropa ilə müharibə etmək niyyətində olmadığını vurğulayıb. O, Vaşinqtonun Moskvanı Avropa ilə münasibətləri qaydaya salmağa çağırdığını bildirib və «biz onlarla münasibətləri korlamamışıq» sözlərini əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM