satellite   Azerspace-1: 11135 H 30000

Serbiya parlamentinin yeni sədri seçilib

Serbiya parlamentinin yeni sədri seçilib

Serbiya parlamentinin deputatları "Tələbə siyahısı"nın namizədi Aleksandar Çupiçi parlamentin yeni sədri seçiblər.

NTV xəbər verir ki, səsvermədə iştirak edən 239 deputatdan 140-ı Çupiçin, 97-si isə "Aleksandar Vuçiç – Serbiya qalib gəlir" deputat qrupunun namizədi Stoyan Radenoviçin lehinə səs verib.

Seçkidən sonra Aleksandar Çupiç parlamentin təsis iclasına sədrlik etməyə başlayıb.

Qeyd edək ki, 1978-ci ildə Prokuplye şəhərində anadan olan Çupiç Nəqliyyat fakültəsinin məzunudur. O, bakalavr, magistr və doktorantura təhsili alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM