Keniyalı sprinter Peres Cepçirçir antidopinq reqlamentini pozduğuna görə 3 il müddətinə diskvalifikasiya olunub.
NTV "World Athletics"in (Dünya Atletikası) mətbuat xidmətinə istinadən xəbər verir ki, 33 yaşlı idmançıdan 2026-cı ilin avqustunda götürülən dopinq-nümunəsində eritropoetin aşkarlanıb.
Oktyabr ayından etibarən atlet barəsində müvəqqəti kənarlaşdırma qərarı qüvvəyə minib.
Qeyd edək ki, Peres Cepçirçir 2020-ci ildə keçirilən Tokio Olimpiadasının qalibidir. O, həmçinin 2025-ci ildə marafon qaçışı üzrə dünya çempionatında qızıl medal qazanıb.
