satellite   Azerspace-1: 11135 H 30000

Londonda 265 minədək ictimai nəqliyyat istifadəçisinin şəxsi məlumatları oğurlanıb

Londonda 265 minədək ictimai nəqliyyat istifadəçisinin şəxsi məlumatları oğurlanıb

Londonda ictimai nəqliyyatda gediş haqqının ödənilməsi üçün istifadə olunan “Oyster” kartlarına sahib olan 265 minədək şəxsin məlumatları kiberhücum nəticəsində təhlükəyə məruz qalıb.

NTV “The Standard”a istinadla xəbər verir ki, London Nəqliyyat İdarəsinin (TfL) internet saytına kiberhücum nəticəsində istifadəçilərin adları, əlaqə məlumatları, doğum tarixləri və təhlükəsizlik sualları üçüncü şəxslərin əlinə keçib. Hadisə əsasən tələbələrə, gənclərə, 60 yaşdan yuxarı şəxslərə, təcrübəçilərə və veteranlara güzəştli gediş imkanı verən fərdi “Oyster” kartlarının sahiblərinə təsir göstərib.

TfL bildirib ki, ilkin qiymətləndirməyə əsasən, istifadəçilərin şifrələri, bank və ödəniş kartı məlumatları oğurlanmayıb. Uşaqlara məxsus kartların məlumatlarının da təhlükəsiz olduğu bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM