ABŞ Tacikistanla ikitərəfli əməkdaşlıq haqqında beşillik saziş çərçivəsində bu ölkənin səhiyyə sisteminə dəstək üçün 78 milyon dollar ayıracaq.
NTV Tacikistanın Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu, noyabrın 19-da Düşənbədə Tacikistan və ABŞ arasında imzalanmış səhiyyə sahəsində əməkdaşlıq haqqında memorandumda öz əksini tapıb.
Mərasimdə Tacikistanın səhiyyə və əhalinin sosial müdafiəsi nazirinin müavini Abduxolik Amirzoda, ABŞ dövlət katibinin müavini və Sülh Korpusunun direktoru vəzifəsini müvəqqəti icra edən Kristofer Landau, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.
Vəsait Tacikistanın İİV və vərəmlə mübarizə səylərinin dəstəklənməsinə, eləcə də yoluxucu xəstəliklərin aşkarlanması və qarşısının alınması yolu ilə qlobal səhiyyə təhlükəsizliyinin gücləndirilməsinə yönəldiləcək.
Abduxolik Amirzoda qeyd edib ki, memorandum ölkənin səhiyyə sistemini gücləndirməyə, milli potensialı inkişaf etdirməyə və əhalinin sağlamlığına yönələn təhdidlərin profilaktikası, vaxtında aşkarlanması və tədbirlərin görülməsi imkanlarını artırmağa töhfə verəcək.
