Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti bir sıra qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti bir sıra qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən aprel ayının ilk 15 günü ərzində bir sıra qərarlar qəbul edilib, sərəncamlar imzalanıb.

Qurumun mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, “Naxçıvan” Beynəlxalq Hava Limanının “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 mart tarixli Qərarının icrasının təmin edilməsi barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən müvafiq tarixdə Sərəncam imzalanıb. Adıçəkilən Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi,Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının Qərara uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etmələri müəyyən edilib. 

Nazirlər Kabinetinin 2024-cü il 1 aprel tarixli Sərəncamına əsasən 1 yanvar 2024-cü il vəziyyətinə Naxçıvan Muxtar Respublikasının inzibati ərazi hüdudunda ümumi torpaqların mülkiyyət növləri və təbii-təsərrüfat yerləri, suvarılan və ümumi suvarılan torpaqların  mülkiyyət növləri və təbii-təsərrüfat yerləri üzrə hesabatı təsdiq edilib.

“Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Qiymətli  Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsinin ləğv edilməsi barədə” Ali Məclisi sədrinin müvafiq Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilərək Naxçıvan Muxtar Respublikasında inzibati orqanların Təsnifatı”nın müvafiq bəndi ləğv edilib.

“Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta  Xidməti publik hüquqi şəxsin ləğv edilməsi haqqında” Ali Məclisi sədrinin müvafiq tarixli Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və “Sərnişinlərin icbari fərdi qəza sığortası”nın aparılması haqqında”,”Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat hadisələri nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarları ləğv edilib.

Həmçinin ləğv edilmiş  Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin  tabeliyindəki  “İstehlak Mallarının  Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin  əmlak və ştat vahidlərinin Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sərəncamına verilməsi haqqında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində 2024-cü il 4 aprel tarixli Sərəncam imzalanmışdır. Sərəncama əsasən ləğv edilmiş Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin  İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sərəncamına verilməsi nəzərdə tutulan əmlak və ştat vahidlərinin siyahıları, mərkəzi qida sınaq laboratoriyasının Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sərəncamına verilməsi nəzərdə tutulan əmlak ştat vahidlərinin siyahıları təsdiq edilmişdir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM