satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb

Naxçıvanda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb

Naxçıvan şəhərində baş verən avtoqəzada xəsarət alan qadın xəstəxanada ölüb.

Naxçıvan televiziyası xəbər verir ki, 3 gün öncə yolu keçən Naxçıvan şəhər sakini, 1956-cı il təvəllüdlü Babayeva Hədiyyəbanu Baba qızını avtomobil vurub.

Şəhərin Nağı Əliyev və Cəlil Məmmədquluzadə küçələrinin birləşməsində qeydə alınan hadisədən sonra zərərçəkən Naxçıvan Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

68 yaşlı qadın aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM