Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib - FOTOLAR

Naxçıvanda akademik Rəhim Rəhimovun  100 illik yubileyi qeyd edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda akademik Rəhim Rəhimovun  100 illik yubileyi qeyd edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda akademik Rəhim Rəhimovun  100 illik yubileyi qeyd edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda akademik Rəhim Rəhimovun  100 illik yubileyi qeyd edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda akademik Rəhim Rəhimovun  100 illik yubileyi qeyd edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda akademik Rəhim Rəhimovun  100 illik yubileyi qeyd edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda akademik Rəhim Rəhimovun  100 illik yubileyi qeyd edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda akademik Rəhim Rəhimovun  100 illik yubileyi qeyd edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda akademik Rəhim Rəhimovun  100 illik yubileyi qeyd edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda akademik Rəhim Rəhimovun  100 illik yubileyi qeyd edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda akademik Rəhim Rəhimovun  100 illik yubileyi qeyd edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda akademik Rəhim Rəhimovun  100 illik yubileyi qeyd edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda akademik Rəhim Rəhimovun  100 illik yubileyi qeyd edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda akademik Rəhim Rəhimovun  100 illik yubileyi qeyd edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda akademik Rəhim Rəhimovun  100 illik yubileyi qeyd edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda akademik Rəhim Rəhimovun  100 illik yubileyi qeyd edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda akademik Rəhim Rəhimovun  100 illik yubileyi qeyd edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda akademik Rəhim Rəhimovun  100 illik yubileyi qeyd edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda akademik Rəhim Rəhimovun  100 illik yubileyi qeyd edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda akademik Rəhim Rəhimovun  100 illik yubileyi qeyd edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda akademik Rəhim Rəhimovun  100 illik yubileyi qeyd edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda akademik Rəhim Rəhimovun  100 illik yubileyi qeyd edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda akademik Rəhim Rəhimovun  100 illik yubileyi qeyd edilib<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN xəbər verir ki, aprelin 18-də Azərbaycan Milli Elmlər Akademiyası, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Milli Onkologiya Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, “Şöhrət” ordenli Rəhim Rəhimovun anadan olmasının 100 illiyinə həsr olunmuş “Nəsillərə nümunə” yubiley konfransı keçirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və konfrans iştirakçıları əvvəlcə akademik Rəhim Rəhimovun universitetin Konservatoriya binasının qarşısında qoyulmuş büstü önündə xatirə fotosu çəkdiriblər.

Qonaqlar incəsənət fakültəsinin tələbə və müəllimlərinin yaradıcılığından ibarət rəsm əsərləri ilə tanış olublar.

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi Rəhim Rəhimovun mənalı ömür yolunu, zəngin elmi və tibb fəaliyyətini əks etdirən sərgiyə baxış olub. Sərgidə nümayiş etdirilən elmi əsərlər Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin kitabxanasına təqdim olunub.

Konservatoriya binasının akt zalında öz işinə başlayan “Nəsillərə nümunə” yubiley konfransında əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli konfransın işinə uğurlar arzulayaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi dövlət səviyyəsində geniş qeyd olunur. Təbii ki, yubiley ilində Naxçıvanın yetirdiyi görkəmli dövlət xadimlərinin, alim, ziyalı və ədiblərin, sənət adamlarının da ömür yoluna, xalqımız və dövlətimiz qarşısındakı xidmətlərinə nəzər salınır. Bu mənada, akademik Rəhim Rəhimovun anadan olmasının 100 illiyinin Naxçıvanda qeyd olunması əhəmiyyətlidir.

Fuad Nəcəfli vurğulayıb ki, öz davamçılarını yetişdirmək və gənc kadrların hazırlanması işinə töhfə vermək həqiqi elm adamlarına xas xüsusiyyətdir. Rəhim Rəhimov şəxsiyyətinin də ən üstün cəhətlərindən biri Azərbaycanda yüksəkixtisaslı tibbi kadrların və gənc alimlərin hazırlanması sahəsində gördüyü işlərdir. Onun elmi rəhbərliyi ilə 2 elmlər doktoru və 12 fəlsəfə doktoru dissertasiyası müdafiə edilib. Alim onkologiya və rentgenologiyanın problemlərinə həsr edilmiş 200-dən artıq elmi-tədqiqatın, eləcə də monoqrafiyaların və patentlərin müəllifidir. Onlardan bir qismi nüfuzlu xarici jurnallarda nəşr olunub. Bu gün də ölkəmizdə onkoloqlar və rentgenoloqlar akademik Rəhim Rəhimovun tədqiqatlarından mötəbər mənbə kimi istifadə edirlər. Akademikin beynəlxalq konfrans və simpoziumlardakı çıxış və məruzələri Azərbaycan tibb elmini layiqincə təmsil edən dəyərli elmi istiqamətlərdir.

Qeyd olunub ki, tanınmış alim, istedadlı həkim və bacarıqlı elm təşkilatçısı Rəhim Rəhimovun Azərbaycanda tibb elminin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, alim “Şöhrət” ordeni ilə təltif edilib. Səlahiyyətli nümayəndə Naxçıvan Dövlət Universitetində akademikin 100 illiyinə həsr olunmuş konfransın keçirilməsini, ömür yoluna və çoxşaxəli elmi fəaliyyətinə nəzər salınmasını, alimin doğulduğu Ordubad şəhərində adına verilmiş küçədə “Elm parkı”nın salınmasını bu sahədə görülən işlərin davamı kimi dəyərləndirib, akademik Rəhim Rəhimovun xatirəsini dərin ehtiramla yad edib, konfransı yüksək qiymətləndirib, təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev vurğulayıb ki, Azərbaycan tibb elminə mühüm töhfələr vermiş böyük elm adamının nümunəvi həyat yoluna həsr olunmuş konfransın təşkili universitet həyatında əlamətdar hadisədir. Rentgenologiya sahəsində apardığı ixtira və kəşflərlə Azərbaycan tibb elminin inkişafında müstəsna yer tutan Rəhim Rəhimov nümunəvi məktəb formalaşdırıb. Bu gün onun ailə üzvləri və tibb sahəsində təhsil alan minlərlə gənc bu məktəbin davamçılarıdır. Rektor bildirib ki, 1999-cu ildə Ümummilli Lider Heydər Əliyevin dəstəyi ilə yaradılan Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi bu il yaradılmasının 25 illiyini böyük uğurlarla qeyd edir. Bu günədək minlərlə ixtisaslı kadr yetişdirən fakültənin məzunları nəinki ölkəmizdə, dünyanın bir çox ölkələrində peşəkar həkim kimi fəaliyyətini davam etdirir. Bu gün Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində 2 minə yaxın gənc təhsilini davam etdirir ki, onların mindən çoxu əcnəbi tələbələrdir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası isə fakültənin tədris və təcrübə imkanlarını daha da artıracaqdır. Belə ki, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi üçün ayrıca yeni tədris kampusu qurulur. Ərazidə 500 yerlik yeni araşdırma xəstəxanasının layihələndirilməsi aparılır. Həmçinin bu ildən ingilis dilində tibb ixtisasının tədrisinə başlanılıb. Bu gün keçirilən konfransda səsləndirilən fikirlər bu yeni imkanlardan yararlanacaq Tibb fakültəsi tələbələri üçün ayrıca stimul olacaq.

Elbrus İsayev universitetin kollektivi və tədbir iştirakçıları adından konfransın təşkilinə göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib, universitetin İncəsənət fakültəsinin müəllimi, Əməkdar rəssam Cavid İsmayılovun akademik Rəhim Rəhimova həsr etdiyi portreti görkəmli alimin oğlu, tibb elmləri doktoru, professor Çingiz Rəhimova təqdim edib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, 60 ilə yaxın Azərbaycan tibb elminə şərəflə xidmət etmiş alim həm də böyük elm və səhiyyə təşkilatçısıdır. Respublikamızda onkologiyanın inkişafında misilsiz xidmətləri olan alim bu sahədə ilk peşəkar mütəxəssislərin hazırlanması və onkoloji sahənin maddi-texniki bazasının formalaşması istiqamətində əvəzsiz işlər görüb. Naxçıvanda, xüsusən də Naxçıvan Dövlət Universitetində belə bir konfransın keçirilməsi görkəmli elm xadimi, akademik Rəhim Rəhimovun nümunəsində yeni nəsil həkimlər, alimlər, elm adamlarının yetişdirilməsinə açılan bir pəncərədir.

Görkəmli şəxsiyyətlə bağlı xatirələrini dilə gətirən İsa Həbibbəyli gənclərə Rəhim Rəhimov ömrü kimi nümunəvi həyat yolu arzulayıb.

Konfransda AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova “Akademik Rəhim Rəhimovun elmi-nəzəri və elmi-təşkilati fəaliyyəti” və Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin dekanı, tibb üzrə fəlsəfə doktoru, dosent İlhamə Mustafayeva “Naxçıvan məktəbinin yetişdirdiyi tibb xadimləri və davamçıları” mövzularında məruzə ediblər.

Sonra Milli Onkologiya Mərkəzinin baş həkimi, tibb üzrə fəlsəfə doktoru Azad Kərimli, Azərbaycan Tibb Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Sudeyf İmamverdiyev və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi, akademik Asəf Hacıyevin çıxışları dinlənilib, akademik Rəhim Rəhimovun zəngin həyat yolundan bəhs edən film nümayiş etdirilib.

Konfransda Naxçıvan Dövlət Universitetinin qabaqcıl tələbələrindən Əli Ələkbərliyə “Rəhim Rəhimov adına Təqaüd” təqdim olunub.

Akademik Rəhim Rəhimovun oğlu, Azərbaycan Tibb Universitetinin kafedra müdiri, tibb elmləri doktoru, professor Çingiz Rəhimov ailə üzvləri adından konfransın təşkilinə görə minnətdarlıq edib.

“Tusi” Xeyriyyə Cəmiyyətinin təsis etdiyi “Akademik Rəhim Rəhimov adına Diplom” Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevə təqdim olunub.

Sonda xatirə fotosu çəkdirilib.

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM