satellite   Azerspace-1: 11135 H 30000

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Lənkəran şəhəri ərazisində yerləşən qəbiristanlıqlardan birindən metal məhəccər və dəmir boruların oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Naxçıvan televiziyası-a verilən məlumata görə, Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuş Nail Cəfərov və İlqar Rəhimov müəyyən edilərək saxlanılıblar.

Şəxsi axtarış zamanı hər ikisinin üzərindən metamfetamin aşkarlanaraq götürülüb. N.Cəfərov və İ.Rəhimov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM