Naxçıvanda narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb - VİDEO

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Naxçıvan şəhər sakini 1977-ci il təvəllüdlü Şahin Əliyev, Şərur rayon sakini 1996-cı il təvəllüdlü Nurel İbrahimov müəyyən edilərək saxlanılıb.

Şahin Əliyevin evinə baxış zamanı narkotik və psixotrop maddə olan metamfetamin, həmçinin 20 ədəd satışı qadağan olunan “Preqabalin” həbləri aşkar olunaraq götürülüb. 

Faktla bağlı CM-in müvafiq maddəsi ilə cinayət işi başlanılaraq istintaqı aparılır.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM