Alimlər istilik xəbərdarlığı şkalası üçün yeni rəng təqdim ediblər

Alimlər istilik xəbərdarlığı şkalası üçün yeni rəng təqdim ediblər

Milli Meteorologiya Xidməti və Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzindən olan amerikalı alimlər təhlükəli istilər barədə məlumat vermək üçün yeni rəng şkalası təqdim ediblər.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Son dərəcə yüksək temperaturu göstərən beşinci rəng bənövşəyidir. Bundan əvvəl ağ, sarı, narıncı və qırmızı xəbərdarlıq səviyyələri mövcud olub. Ağ rəng sağlamlıq riskinin olmadığını, qırmızı isə hər kəs üçün ciddi riski göstərir.

Bənövşəyi səviyyə təkcə sağlamlıq üçün deyil, həm də insan həyatı üçün təhlükəyə uyğundur.

Mütəxəssislər deyirlər ki, beş istilik kateqoriyası ciddi elmi faktlara əsaslanır.

Alimlər vurğulayıblar ki, bənövşəyi istilik siqnalı səviyyəsi çox yaxın gələcəkdə elan edilə bilər, çünki istilik dalğaları hər il daha da güclənir.

Xəbər lenti
Baş ucaldar mərd oğul

18:11 04.05.2024

Şərura dolu düşüb

16:16 04.05.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM