"Air France" aviaşirkətinə məxsus təyyarə Bakı hava limanında qəza enişi edib - FOTOLAR

"Air France" aviaşirkətinə məxsus təyyarə Bakı hava limanında qəza enişi edib<font color=red> - FOTOLAR</font> "Air France" aviaşirkətinə məxsus təyyarə Bakı hava limanında qəza enişi edib<font color=red> - FOTOLAR</font>

Heydər Əliyev Beynəlxalq Aeroportunda "Air France" aviaşirkətinə məxsus təyyarənin qəza enişi etməsi səbəbindən həyəcan siqnalı elan edilib.

Bu barədə NUHÇIXAN aeroportun mətbuat xidmətinə istinadən xəbər verir.

Osaka-Paris marşrutu ilə hərəkət edən "Boeing 777" hava gəmisi göyərtəsindəki yaranan tüstü səbəbindən Bakı hava limanına qəza eniş sorğusu göndərib.

"Aeroportda elan edilən həyəcan siqnalı ilə əlaqədar bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib. “Air France” aviadaşıyıcısının təyyarəsi Bakı vaxtı ilə saat 16:37-də uğurla eniş edib.

Təyyarədə olan 280 sərnişin dərhal təxliyə edilib, insident nəticəsində xəsarət alan olmayıb", - məlumatda deyilir.

Bildirilir ki, hazırda hava gəmisinə baxış keçirilir və hadisənin baş verməsinin bütün səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil olunur.

Xəbər lenti
Baş ucaldar mərd oğul

18:11 04.05.2024

Şərura dolu düşüb

16:16 04.05.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM